featured-image-61422

“Mançester Siti” cari mövsüm 12-ci məğlubiyyətini alıb.

Msport.az xəbər verir ki, İngiltərə klubu son olaraq Çempionlar Liqasının pley-off mərhələsində “Real”a öz meydanında 2:3 hesabı ilə uduzub.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola bununla karyerasının antirekordunu təkrarlayıb. İspaniyalı mütəxəssis indiyə qədər yalnız 2019-20 mövsümündə bu qədər məğlubiyyətlə üzləşmişdi. Qvardiola daha bir yenilgi təqdirində öz antirekordunu yeniləyəcək.

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm Çempionlar Liqasında 4, Premyer Liqada 7, Liqa kubokunda 1 məğlubiyyət alıb.

Bənzər xəbərlər