Qvardiola “Barselona”ya qayıdacaq? – Özü açıqladı
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcəkdə sabiq klubu “Barselona”ya qayıdıb-qayıtmayacağı barədə sualı cavablandırıb.
Msport.az xəbər verir ki, o, Kataloniya təmsilçisi ilə birdəfəlik vidalaşdığını deyib:
“Bitdi… “Barselona” karyeram əbədi olaraq sona çatdı. Hər şey əla idi. Amma başa çatdı”.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb.