Qvardiola “Çelsi”nin böyük pullar xərcləməsindən danışıb
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Çelsi”nin son vaxtlar transferlərə ayırdığı xərclərdən danışıb.
Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis London klubunun xərclərini “Mançester Siti” ilə müqayisə edib:
“Bu qış “Çelsi” 323 milyon funta yaxın transferlərə pul xərclədi. Bu, La Liqa, A seriyası, Bundesliqa və Liqa-1 klublarının hamısnın birgə xərclədiklərindən çoxdur. Bu mənim işim deyil. Təəccüblü odur ki, bu dövlətin komandası deyil. Biz son 5 ildə 11 titul qazanmışıq, hərçənd Premyer Liqanın 5 ya 6 klubu səviyyəsində maliyyə sərf etmişik”.
ANAR ABDULLAYEV







