Qvardiola gələcək planını açıqladı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandada qalmaq arzusunda olduğunu dilə gətirib.
Qvardiola uğursuz mövsümə baxmayaraq, ayrılmağı düşünmədiyini söyləyib: “Mən “Mançester Siti”də qalmaq və klubdakı işimi davam etdirmək istəyirəm. Bu, mənim planımdır. Mən buna tam əminəm”.
Qeyd edək ki, Premyer Liqada uğursuz mövsüm keçirən “Mançester Siti” Çempionlar Liqasında da pley-offda “Real”a məğlub olaraq mübarizəni dayandırıb.