Qvardiola: “Haland Messi və Ronaldo ilə eyni səviyyədədir”
Qvardiola Holandı Messi və Ronaldu ilə müqayisə etdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçusu Erlinq Halandı superulduzlar Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə edib.
Msport.az xəbər verir ki, o, norveçlini adıçəkilən oyunçularla eyni tərəziyə qoyub:
“Vurduğu qolların sayına görə, o, Ronaldu və Messi ilə müqayisə edilə bilər. Erlinq hətta onun yaşında onlardan daha çox qol vurmuş ola bilər. Ancaq mövsüm hələ bu yaxınlarda başlayıb və hazırkı tempi saxlamaq vacibdir. Cəmi iki aydır. Messi və Ronaldu 15-20 ildir ki, hər mövsüm bunu edirlər. Holand hələ gəncdir, amma qol vurmaq baxımından həqiqətən də onlarla eyni səviyyədədir”.
25 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 7 oyunda 9 qol vurub.