featured-image-57633

Baş məşqçi Xosep Qvardiola İngiltərənin “Mançester Siti” klubu ilə yeni sözləşmə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, 53 yaşlı Qvardiola 2016-cı ildə “Bavariya”dan ingilis klubuna keçib və “Mançester Siti” ilə 15 kubok, o cümlədən 6 Premyer Liqa, həmçinin Çempionlar Liqası qalibi olub.

Bənzər xəbərlər