"Qvardiola karyeramdakı ən yaxşı məşqçi idi"- Niderland millisinin sabiq üzvü
Niderland millisinin sabiq futbolçusu Aryern Robben Pep Qvardionanı karyerasındakı ən yaxşı məşqçi adlandırıb. Msport.az xəbər verir ki, yarımmüdafiəçi ispaniyalı mütəxəssislə “Bayern Münhen”də bir yerdə işləyib:
“Qvardiola öz komandasını çox yaxşı kökləyə bilir. Onun işinə böyük hörmətim var. Harda çalışmağından asılı olmayaraq, onun dəsti-xəttini hiss edə bilərsiz. Peplı birgə çıxış etdiyim 3 il mənim üçün xüsusi olub. Bir çox əla mütəxəssislərin rəhbərliyi altında oynamışam, amma futbol baxımından o, ən yaxşısı idi”.
“Bayern”də 3 dəfə Almaniya çempionu olan Qvardiola kluba 7 titul qazandırıb.
ANAR







