featured-image-61642

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın XXV turunda “Nyukasl”la keçirilən oyunu dəyərləndirib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 4:0 hesablı qələbə qazandıqları matçdakı performansdan razılıq bildirib.

O, bəzi oyunçuları xüsusi vurğulayıb: “Sanki kim olduğumuzu xatırladıq. Bunu mövsümün əvvəlində deyə bilməzdik. Həmişə çox çalışırıq, amma bəzən uğursuz oluruq. Hücumda göstərdiyimiz tempdən və intensivlikdən çox razıyam, Niko Qonzales və Abdukodir Xusanov inanılmaz idi. Marmuş Almaniyada yaxşı çıxış etdi, möhkəm və sürətli futbolçudur. Haland 10 illik müqavilə imzalayıb, kapitan kimi ona güvənirəm. Çempionlar Liqasına düşmək üçün bu matçlarda qalib gəlməliyik”.

Qeyd edək ki, “Mançester Siti” hazırda 44 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşır.

Bənzər xəbərlər