featured-image-21022

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubun azarkeşlərini tənqid edib. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, “Tottenhem”lə İngiltərə Premyer Liqasının oyununda (4:2) fanatlar komandanı fitə basıb:

“Əvəllər azarkeşlərin dəstəyini daha çox hiss edirdik. İndi vəziyyət dəyişib. Onlar 45 dəqiqə susurlar. Bizi pis oynadığımız üçün yox, hesabda geridə olduğumuz üçün fitə basırlar. Əvvəl başqa cüe idi. Ola bilər, son 5 ildə Premyer Liqanı dörd dəfə asanlıqla qazandıq, ona görə…Özünüz bilirsiniz. Qol vurulanda reaksiya verirlər, amma məsələ bunda deyil.

Məm istəyirəm ki, azarkeşlər qayıtsınlar, onlar burda bizimlə birgə olsunlar”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər