featured-image-45775

Xosep Qvardiola 2025-ci ildə İngiltərənin “Mançester Siti” klubunu tərk etmək istəyir.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.

O, komandanı məşqçilik karyerasına fasilə verməyi planlaşdırır. Mütəxəssis 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir.

Mançester təmsilçisi Qvardiolanın rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Ötən mövsüm isə komanda tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Mançester Siti” 28 turdan sonra İngiltərə Premyer Liqasında 63 xalla üçüncüdür. Komanda “Arsenal” və “Liverpul”dan 1 xal geri qalır.

Bənzər xəbərlər