Qvardiola: “Messi ilə işlədiyim üçün bəxtim gətirib”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”da birlikdə çalışdığı Lionel Messi haqda danışıb.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmin dövrü belə xatırlayıb:
“Karyeramda Lionel Messi olduğu üçün bəxtim gətirdi. Üç il birlikdə işlədik, bu, xüsusi dövr idi”.
Qvardiola 2007-2012-ci illərdə “Barselona”da çalışıb. Messi Kataloniya klubundan 2021-ci ildə ayrılıb. Argentinalı forvard hazırda “İnter Mayami”də çıxış edir.