Qvardiola Premyer Liqanın rekordçusu oldu
İngiltərə Premyer Liqasının 3-cü turunun matçında “Mançester Siti” “Şeffild”i məğlub edib (2:1).
Msport.az xəbər verir ki, bu qələbə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola üçün Premyer Liqada 200-cü olub. Bu həddə çatmaq üçün ispan mütəxəssisə 269 matç bəs edib ki, bu da turnirin rekordudur.
Bu göstəriciyə görə 2-ci yerdə Ser Aleks Ferqyuson (322 matç), 3-cü yerdə isə Joze Mourinyo (326) qərarlaşıb. Sonrakı yerləri Arsen Venger (332) və David Moyes (511) tutur.
Royal Türksoy