Qvardiola qələbəni xanımı ilə qeyd elədi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının finalında “İnter” üzərində qələbəni (1:0) həyat yoldaşı ilə qeyd edib.
Msport.az xəbər verir ki, bu, ispaniyalı məşqçinin karyerasında 35-ci titul olub.
52 yaşlı mütəxəssis “Barselona”a ilə 14, “Bayern”lə 7, “Mançester Siti” ilə 14 kubok qazanıb.
Qeyd edək ki, Qvardiola 2016-ci ildən “Siti”yə rəhbərlik edir.







