Qvardiola üçün əlamətdar qələbə
“Mançester Siti” İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Liverpul”u məğlub edib (4:1).
Msport.az xəbər verir ki, bu qələbə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub. İspaniyalı mütəxəssis Mançester təmsilçisinin sükanı arxasında Premyer Liqada 100-cü ev qələbəsini qazanıb.







