featured-image-63878

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin De Bruyne “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” və ya “Nyukasl”a keçə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi hazırda bu 4 klub arasında seçim edir.

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola De Bruynenin qərarından məyus olub. Komandanın azarkeşləri də eyni münasibətdədir – onlar bu qərarı xəyanət kimi qəbul edirlər.

Futbolçu isə müsahibəsində qeyd edib ki, “Mançester Siti”dən ayrıldıqdan sonra İngiltərədə qalıb-qalmayacağı hələlik bilmir.

Qeyd edək ki, De Bruyne bu mövsüm klub səviyyəsində 33 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 27 milyon avrodur.

Bənzər xəbərlər