featured-image-45263

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Bernardu Silva haqqında fikirlərini bölüşüb.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis portuqaliyalı oyunçunun komandada qalmasını istəy.

“Hər kəs Silvanı sevir, onun bizimlə qalmasını arzulayırıq. O, komanda üçün vacib oyunçudur”.

Qeyd edək ki, Bernardu Silvanı “Barselona” heyətinə qatmaq istəyir. Yarımmüdafiəçi cari mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər