Qvardioladan "Real Madrid"ə atmaca - "Madrid, rahat olma!"
“Mançester Siti” ötən gün finalda “İnter”i məğlub edərək tarixlərində ilk dəfə Çempionlar Liqası titulunu qazanıb.
Msport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola “Real Madrid”i yeni titulları ilə hədələyib.
“Real Madrid” rahatlamamalıdır. Onlar sadəcə olaraq 13 Çempionlar Liqası titulu bizdən üstündülər. Madrid, rahat olma!
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqası titullarının sayına görə rekorda sahibdi – 14 kubok.
Royal Türksoy







