featured-image-69801

“Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında Premyer Liqada antirekorda imza atıb.

Msport.az xəbər verir ki, Mançester təmsilçisi V turda qarşılaşdığı “Arsenal”la görüşdə oyun vaxtının cəmi 33 faizində topa sahib olub.

Bu, Qvardiola üçün daxili çempionatlarda antirekord olub. İspaniyalı mütəxəssisinin komandası əvvəlki 600 matçın heç birində topa bu qədər az sahib olmayıb. Əvvəlki antirekord da “Arsenal”a qarşı oyunda qeydə alınmışdı. 2023-cü ilin martında baş tutan görüşdə”Mançester Siti” topa cəmi 37 faiz sahib ola bilmişdi.

Bundan əlavə, London klubunun baş məşqçisi Mikel Arteta Qvardiolaya qarşı ardıcıl 5 matçda uduzmayan ilk məşqçi olub.

Qeyd edək ki, hazırda “Mançester Siti” 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində doqquzuncudur. 10 xala malik “Arsenal” ikinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər