featured-image-67631

“Sportinq”in hücumçusu Viktor Qyökereşin “Arsenal”a keçidini tamamlanmaq üzrədir.

Msport.az xəbər verir ki, isveçli forvardın müqaviləsinin bütün detalları, o cümlədən ümumi dəyəri 10 milyon avro olan xüsusi əlavələr üçün sənədlər klubların vəkilləri tərəfindən yoxlanılır.

Rəsmi transferdən dərhal sonra tibbi müayinə təyin olunacaq. Transferlə bağlı heç bir problemin olmadığı, şifahi razılığın 100 faiz əldə edildiyi vurğulanır. Bonuslar nəzərə alınmadan müqavilənin dəyərinin 63,5 milyon avro olması gözlənilir.

Qeyd edək ki, Viktor Qyökereş ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyunda 54 qol vurub, 13 assist edib.

Bənzər xəbərlər