Rafael Benites La Liqa klubuyla müqavilə bağladı
“Selta Viqo” yeni baş məşqçisinin adını açıqlayıb.
Msport.az xəbər verir ki, La Liqa təmsilçisini Rafael Benites çalışdıracaq.
63 yaşlı mütəxəssislə üç mövsümlük müqavilə imzalanıb.
Benites daha əvvəl “Real Madrid”, “Napoli”, “İnter”, “Valensiya” və “Liverpul” kimi klubları çalışdırıb. Rafaelin son klubu 2022-ci ildə tərk etdiyi “Everton” olub.
Qeyd edək ki, “Selta” ötən mövsümü İspaniya La Liqasının turnir cədvəlində 13-cü pillədə başa vurub.
Royal Türksoy







