featured-image-29764

“Milan”ın hücumçusu Rafael Leau “İnter”lə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda meydana çıxa bilər. Msport.az xəbər verir ki. bu barədə komandanın baş məşqçisi Stefano Pioli məlumat verib:

“Leau “Spetsiya” ilə matçda olmayacaq. Lakin onun bazar günü məşq etməsi və “İnter”lə görüşə hazır olmaq şansı çoxdur.

İbrahimoviç və Florentsi zədə səbəbindən hələ də heyətdən kənardadırlar. Kruniç və Messyas da “Spetsiya” ilə qarşılaşmada bizə kömək edə bilməyəcəklər.

Bennaserin zədələnməsi məyusedici oldu. Lakin bu da işimizin bir hissəsidir. Bennaserin güclü xarakteri var, psixoloji cəhətdən çox yaxşıdır, əminəm ki, o, daha güclü qayıdacaq”.

Xatırladaq ki, Rafael Leau “Latsio” ilə mayın 6-da keçirilmiş oyunda (2:0) zədə almışdı. O, bu səbəbdən “İnter”lə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşünü (0:2) buraxmışdı.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər