featured-image-64981

Braziliya millisinin hücumçusu Rafinya yaxın günlərdə “Barselona” ilə yeni müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə üzrə razılaşmağa yaxındır. Hazırda müqavilənin bəzi detalları (transfer qiyməti, sərbəst qalma məbləği) müzakirə olunur. Bunların isə danışıqlara mənfi təsir göstərməsi gözlənilmir.

Rafinyanın “Barselona” ilə hazırkı sözləşməsi 2027-ci ilə qədərdir. Müqavilə uzadıldıqdan sonra vinger Kataloniya klubunun ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

Bənzər xəbərlər