Rafinya təklifləri təsdiqlədi
“Barselona”nın hücumçusu Rafinya ona İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı klublarından maraq olduğunu təsdiqləyib.
Msport.az xəbər verir ki, braziliyalı futbolçu buna əhəmiyyət vermək fikrində deyil.
O, “Barselona”da xoşbəxt olduğunu bildirib: “Bu, mənim səviyyə çatışmazlığım olmadığını sübut edir. Əgər bir oyunçu bacarıqsızdırsa, Premyer Liqanın nəhəng klubları onunla maraqlanmaz və yüksək təkliflər etməz. Amma mən burada olmaq istəyirəm. Uşaqlıqdan “Barselona”nı izləyirdim, onun oyunlarına baxırdım. Ronaldinyo, Neymar, klubun tarixi, titulları, atmosferi və azarkeşləri yadımdadır. Həmişə burada olmaq, adımı klubun tarixinə yazdırmaq istəmişəm”.
Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından bəri “Barselona”da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 57 oyunda 34 qol vurub, 25 məhsuldar ötürmə verib.