Rafinyadan azarkeşlərə jest - Cəriməni öz üzərinə götürdü
“Barselona”nın futbolçusu Rafinya maraqlı addımı ilə diqqət çəkib.
Msport.az xəbər verir ki, braziliyalı hücumçu klubun azarkeş qruplarından birinə tətbiq olunan 21 min avroluq cəriməni ödəməyi öz üzərinə götürüb.
Forvard artıq bununla bağlı klub prezidenti Joan Laportaya müraciət edib.
Qeyd edək ki, bu cərimə “Barselona” azarkeşinə yol verdiyiqanun pozuntularına görə tətbiq edilib. Kataloniya klubu bundan əvvəl fanat qrupundan cərimənin ödəinlməsini istəsə də, onlar bundan imtina edib və narazılıq bildiriblər. Bundan sonra isə klub rəhbərliyi bu azarkeşlərə stadiondakı xüsusi tribunaya daxil olmağı qadağan edib.