Rafinyanın durumu müəyyənləşdi
“Barselona”nın vingeri Rafinyanın taleyinə aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Braziliya millisinin üzvü Kataloniya klubundakı çıxışını davam etdirəcək.
Ulduz futbolçu Səudiyyə Ərəbistanından astronomik məbləğdə təkliflər almasına baxmayaraq, komandada qalmağı üstün tutub. İspaniya klubu onunla hazırkı müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
Yeni sözləşmə 2028-ci ilin yayına qədər imzalanacaq. Rafinyanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.