featured-image-63526

“Barselona”nın yarımmüdafiəçisi Rafinyanın La Liqanın XXX turunda “Betis”lə oyundan (1:1) sonra köməkçi hakimin üstünə getməsinin səbəbi bilinib.

Msport.az xəbər verir ki, matçın son dəqiqələrində hakimin onunla danışıq tərzi braziliyalının xoşuna gəlməyib.

Referi Rafinyaya susmağı tapşırıb. Futbolçu isə “Mənə susmalı olduğumu deyə bilməzsən. Sən çox kobudsan” cavabını verib.

Qarşılaşmanın final fitindən sonra qəzəblə 4-cü hakimin üstünə gedən futbolçunu komandanın baş məşqçisi Hans-Diter Flik sakitləşdirib. O, çox əsəbi şəkildə paltardəyişmə otağına yollanıb. Bu zaman Rafinya onunla danışmaq istəyən komanda yoldaşı Mark Andre Ter-Ştegeni də itələyib.

Bənzər xəbərlər