Rahil iki kobud səhvə yol verdi, komandası uduzdu - VİDEO
Polşa Ekstraklasasında 6-cı turun oyunları keçirilir. Msport.az xəbər verir ki, milli komandamızın üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” klubu səfərdə “Vidzev”in qonağı olub.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Rahil 88-ci dəqiqədə əvəzlənib. O, 41-ci dəqiqədə penaltiyə səbəb olub və sarı vərəqə ilə cəzalanıb. Meydan sahiblərinin 3-cü qolunda da həmyerlimizin səhvi olub.
5 oyundan sonra “Radomyak” 3 xalla 16-cı yeri tutur.