featured-image-55005

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, adıçəkilən komanda ölkə kubokunun 1/32 final mərhələsində “Qornik Zabrze”nin qonağı olub.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesablı bərabərliklə yekunlaşdığından, əlavə vaxt oynanılıb. 93-cü dəqiqədə qələbə qolunu vuran “Radomyak” 1:0 hesablı qalibiyyət sayəsində 1/16 finala yüksəlib.

Meydana start heyətində çıxan Rahil Məmmədov 120 dəqiqəni əvəzolunmadan keçirib.

Bənzər xəbərlər