featured-image-45784

Rahil Məmmədov lider “Yagelloniya”ya qarşı oyuna hazırdır.

Msport.az xəbər verir ki, bunu Polşanın LKS klubunun baş məşqçisi Marçin Matisyak mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Azərbaycan millisinin düşərgəsindən qayıdan 28 yaşlı mərkəz müdafiəçisinin durumundan razılıq bildirib: “Bəzi futbolçularda zədə ilə bağlı kiçik problemlər mövcuddur. Onların qarşıdakı oyunda iştirakı bəlli deyil. Ancaq Azərbaycan millisindən qayıdan Rahil kollektivlə birlikdə məşqlərdə iştirak edir. O, “Yagelloniya” ilə çempionat matçında komandamıza kömək edəcək”.

Qeyd edək ki, Polşa çempionatının XXVI turunun “Yagelloniya” – LKS oyunu martın 30-da keçiriləcək. Hazırda “Yagelloniya” 48 xalla turnir cədvəlinə başçılıq edir, LKS isə 17 xalla sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər