Rahil Məmmədov üçün yeni məşqçi
Millimizin üzvü Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubunun baş məşqçisi Peter Stokovets istefaya göndərilib.
Msport.az xəbər verir ki, onu Marçin Matısyak əvəzləyib və o artıq komandanı bir məşqə çıxarıb.
Matısyak buna qədər 4 il ərzində klubda məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, LKS cari mövsümdə 20 oyunda yalnız iki qələbə qazanıb və 10 xalla sonuncu yeri tutur.
İlin əvvəlində “Qarabağ”dan Polşa təmsilçisinə keçən Məmmədov Polşa Premyer Liqasında 2 oyun keçirib.







