featured-image-48493

Polşanın LKS klubu baş məşqçisi Marçin Matisyakla yollarını ayıracaq.

Msport.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mütəxəssis çempionatda “Stal” (Melets) komandası ilə sonuncu turun matçından sonra istefa verəcək.

Qeyd edək ki, Ekstraklasada 21 xalla 18-ci pillədə qərarlaşan LKS-in aşağı liqaya düşəcəyi dəqiqləşib. Bu komandada Azərbaycan millisinin futbolçusu Rahil Məmədov da çıxış edir. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər