featured-image-47614

Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədovun formasını geyindiyi LKS Polşa Ekstraklasını tərk edib.

Msport.az xəbər verir ki, Lodz təmsilçisi 31-ci turda “Şlask”a 1:2 hesabı ilə uduzub.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 28 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Bu nəticədən sonra “LKS Lodz”un aşağı liqaya düşəcəyi dəqiqləşib. 21 xalla sonuncu pillədə olan komanda 15-ci yerdə olan “Puşa”dan 12 xal geri qalır.

Bənzər xəbərlər