featured-image-46635

Futbol üzrə Polşa çempionatında 28-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” doğma meydanda “Radomyak”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 10-cu dəqiqədə sarı vərəqə görüb.

28 turdan sonra 21 xal toplayan “LKS Lodz” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər