Rahil yenidən start heyətinə qayıtdı
Polşa Ekstraklasada 11-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” öz meydanında “Rakov”la üz-üzə gəlib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Rahil sona qədər oyunda olub.
“Radomyak” 9 xalla turnir cədvəlində 18 komanda arasında 15-ci yeri tutur.
Qeyd edək ki, Məmmədovun adı ötən tur “Zaqlebe” ilə matçda iştirak ərizəsinə daxil edilməmişdi.