featured-image-59347

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi Polşanın “Radomyak” klubu baş məşqçisi ilə vidalaşıb.

Msport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Başqa bir komandadan təklif alan Bruno Baltazar Polşa təmsilçisini tərk edib. Klubun yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, hazırda Məmmədovun komandası 20 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər