"Rakuv"u çempion edən məşqçi: "Komanda qrupa düşməyə yaxındır"
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Rakuv”un sabiq baş məşqçisi Marek Papşun komandanın avrokuboklardakı çıxışını dəyərləndirib.
Msport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis hazırkı heyətin hər üç cəbhədə mübarizə aparmağa imkan verdiyini bildirib:
“Yeni transferlərin bir çox mənim istəyimlə edilib. “Rakuv” avrokubokların qrup mərhələsinə düşməyə yaxındır. Bu, hazırda ən vacib şeydir”.
Qeyd edək ki, Papşun ötən mövsüm “Rakuv”a tarixində ilk çempionluğu qazandırdıqdan sonra istefa verib.







