Ramil Şeydayev Asiya Çempionlar Liqasında debüt etdi
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.
Msport.az xəbər verir ki, ölkə çempionu Çinin “Çjetszyan Qrintaun” klubunu məğlub edib.
Oyun Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
“Buriram Yunayted” oktyabrın 4-də Yaponiyada “Kofu”nun qonağı olacaq.







