Ramil Şeydayev "Kocaelispor"da ilk qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Kocaelispor”da ilk qolunu vurub.
Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu Türkiyə I liqasının XXX turunun “Giresunpsor”la oyununda fərqlənib.
Təcrübəli forvard 8-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda Kocaeli təmsilçisi 1:0 hesabı ilə öndədir.