Ramil Şeydayev üçün yeni baş məşqçi - RƏSMİ
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubunun yeni baş məşqçisi bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Mustafa Gürselə tapşırılıb. Onunla 1,5 illik müqavilə imzalanıb. Gürsel bu postda Ərtuğrul Sağlamı əvəzləyib.







