featured-image-44653

İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az AS nəşrinə istinadən xəbər verir ki, bu ölkənin bir neçə təmsilçisi 37 yaşlı müdafiəçi ilə maraqlanır.

Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad” da oyunçunu heyətinə qatmaq niyyətindədir.

“Sevilya” Ramosla əməkdaşlığı davam etdirmək istəyir. Klub rəhbərliyi tezliklə ona yeni sözləşmə təkkil edəcək.

Qeyd edək ki, Ramos cari mövsüm “Sevilya”da bütün turnirlərdə 26 oyun keçirib, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər