featured-image-30571

PSJ-nin futbolçusu Serxio Ramos klubla müqaviləni yeniləməkdən imtina edib.

Msport.az xəbər verir ki, Paris klubu yeni müqavilədə 37 yaşlı ispaniyalıya maaşının iki dəfə azaldılmasını təklif edib.

Ramosun PSJ ilə hazırkı müqaviləsi cari mövsümün sonunda bitir.

Qeyd edək ki, Serxio Ramos 2021-ci ildən Paris klubunda çıxış edir. O, cari mövsüm ərzində 43 oyunda iştirak edib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Royal Türksoy

Bənzər xəbərlər