Ramos yenidən Messi ilə komanda yoldaşı ola bilər
İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Ramos karyerasını ABŞ-da davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur bildirib.
Onun sözlərinə görə, təcrübəli müdafiəçi ilə “İnter Mayami” maraqlanır. “Los-Anceles Qelaksi” də 38 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Ramos cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “İnter Mayami”də argentinalı dünya çempionu Lionel Messi də çıxış edir. Hər iki oyunçu Fransa çempionu PSJ-də komanda yoldaşı olublar.