featured-image-31434

“Kalyari” A seriyasına yüksəlmək uğrunda finalın cavab matçında “Bari”ni 1:0 hesabı ilə məğlub edib. Msport.az xəbər verir ki, ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

71 yaşlı Klaudio Ranyerinin rəhbərlik etdiyi komanda 94-cü dəqiqədə 34 yaşlı hücumçu Leonardo Pavolettinin vurduğu qol sayəsində qələbə qazanıb.

Sardinyanı təmsil edən klub bir mövsüm B seriyasında çıxış etdikdən sonra yenidən İtaliya futbolunun elitasına qayıdıb.

 

 

Bənzər xəbərlər