featured-image-14684

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”lə oyunda qeyri etik ifadə və hərəkətə görə qırmızı vərəqə alan “Kəpəz”in hücumçusu Rauf Əliyev 5 oyunluq cəzalandırıldı.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu artıq 3 turdur ki, I divizionda “Kəpəz-2″nin heyətində meydana çıxır. Millimizin sabiq forvardı 5-ci turda MOİK-lə oyunda (1:2) fərqlənə bilməsə də, növbəti iki görüşdə rəqib qapılarına yol tapdı.

O, əvvəlcə “Mingəçevir”lə qarşılaşmada (1:0) komandasına qələbə gətirən qolu vurdu. Bu gün isə Gəncə klubu I divizionda “Qaradağ Lökbatan”ın qonağı olub. Qonaqlar 0:1 hesabda geri düşsələr də, Əliyevin dublu ilə 3:2 hesabı ilə qələbə qazanıblar.

Ən çox diqqəti cəlb edən isə təcrübəli hücumçunun gənc komanda yoldaşları ilə qoldan sonrakı sevinci idi. Düzü, bilmirsən, milli komandada 47 oyun keçirib 7 qol vuran futbolçunun bu durumuna sevinəsən, ya təəssüflənəsən?! Rauf qırmızı alıb elə cəzalanmasaydı, indi təcrübəsi ilə  “Kəpəz”ə kömək edə bilərdi. Digər tərəfdən isə futbolçunun hər həftə I divizionda forma geyinib fərqlənməsi, ümid yaradır ki, o, başına gələnlərdən dərs çıxıb.

media-rauf-3

media-rauf-2

 

Bənzər xəbərlər