Rauf Məmmədov FİDE yarışlarından imtina etdi - Ukrayna məsələsinə görə
Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina edib.
Msport.az xəbər verir ki, bu barədə o, özünün “Feysbuk” hesabında yazıb. 34 yaşlı qrossmeyster bu addımı Rusiyanın Ukrayna ilə müharibəsinə görə bu qərarı verib: “Nə qədər ki, FİDE prezidentin Rusiyapərəstdir, müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!” – deyə o yazıb.
Qeyd edək ki, şahmatçı sonradan “Feysbuk” hesabını bağlayıb.
Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır