Raul Almaniya klubunun baş məşqçisi ola bilər
Almaniyanın “Şalke” klubu İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Raul Qonsalesi baş məşqçi təyin etmək niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
47 yaşlı mütəxəssis bu postda əsas namizəd hesab olunur.
O, hazırda “Real”ın ehtiyat komandasına rəhbərlik edir.
Qeyd edək ki, “Şalke” hazırda 4 xalla II Bundesliqada 14-cü pillədə qərarlaşıb.