Raul “Bayer”in baş məşqçisi ola bilər
İspaniya millisinin sabiq futbolçusu Raul “Bayer”in yeni baş məşqçisi ola bilər.
Msport.az xəbər verir ki, Leverkuzen klubunun rəhbərliyi əvvəllər mütəxəssisin namizədliyini nəzərdən keçirir.
Raul 2019-2025-ci illərdə “Real”ın gənclər komandasının məşqçisi olub. Onun rəhbərliyi altında komanda 209 oyun keçirib, 82 qələbə qazanıb, 70 heç-heçə edib və 57 dəfə uduzub.
Qeyd edək ki, “Bayer” sentyabrın 1-də Erik ten Haqın baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.