featured-image-25096

Raul gələcəkdə “Real”ın baş məşqçisi ola bilər. Msport.az “As”a istinadən xəbər verir k, Karlo Ançelotti istefaya göndərilsə, əfsanəvi hücumçu onu əvəz edəcək.

İtaliyalı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Raul hazırda İspaniyanın III liqasında mübarizə aparan “Kastilya”ya rəhbərlik edir. Onun komandası turnir cədvəlində 4-cü yeri tutur.

Raulun üstün tərəfləri kimi liderlik qabiliyyətlərini və xarizmasını qeyd edirlər.

“Real” rəhbərliyi”Kastilya”dan gələn futbolçuların əsas komandada möhkəmlənməsini də nəzərə alır. Alvaro Rodriqes bu yaxınlarda A komandasında debüt edərək, qol da vurub.

Klubda hesab edirlər ki, Raul əsas komandaya rəhbərlik etməyə hazırdır. Bu məsələdə son sözü klubun prezidenti Florentino Peres deyəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər