featured-image-26659

“Real” 2024-cü ilin yayında Kilian Mbappeni azad agent kimi heyətə cəlb etmək istəyir. Msport.az “As”a istinadən xəbər verir ki, Madrid klubu bir qədər səbr edib qarşıdakı transfer pəncərəsində PSJ ilə danışıqlara girməyəcək. Onlar bir il sonra Fransa yığmasının hücumçusunu havayı ələ keçirmək istəyirlər. Mbappe özü də Madridə gəlməyin əleyhinə deyil.

Bir il əvvəl bağlanmış müqaviləyə əsasən, futbolçu 2023-cü ildə anlaşmanı uzatmasa, 2024-cü ildə PSJ-ni tərk edə bilər.

Xatırladaq ki, “Real” 24 yaşlı forvardın transferini ötən yay elan etsə də, o, son anda PSJ-də qalmağa üstünlük vermişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər