featured-image-28018

Toni Kroos “Real”la müqaviləsinin müddətini 2024-cü ilin iyununa kimi uzadacaq.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı futbolçuya daha bir illik saziş təklif edib. Almaniyalı yarımmüdafiəçi düşünmək üçün vaxt istəsə də, sonradan anlaşmaya imza atmağa hazır olduğunu deyib.
Kroos 2014-cü ilin yayından “Real”da çıxış edir.
O, cari mövsümdə 40 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

ANAR

Bənzər xəbərlər